
20 il əvvəl Ordubaddan Şəruradək SSRİ-yə məxsus sərhəd dirəklərinin sökülməsinə başlanılıb
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 18 ildir ki,  bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın  azərbaycanlı qeyd edir. Düz 20 il bundan əvvəl, 1989-cu ildə Ordubaddan  tutmuş Şəruradək sərhəd dirəkləri sökülməyə başlayıb. Naxçıvanda bir  qucaq sökülmüş məftil, sonradan gül çələngi kimi Bakıda konfransa  toplaşan hərəkat liderlərinə hədiyyə edilib. Həmin gün dünyanın ən gözəl  çiçəkləri kimi hamı o məftilləri bağrına basıb. Elə həmin tarixdə  İstambulda sərhəd hadisələrinin ildönümünü qeyd edildi. Hər şey də o  tarixdən başlandı. İstanbulda Dünya Azəri Türk Dərnəyinin birinci  qurultayında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  kimi qeyd olunmasına dair qərar verildi. İki il ötdü,1991-ci ilin  dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi  edildi. 1992-ci ildə isə bu qərarın rəsmi qəbulu ili oldu. O zamandan  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabrda qeyd olunur.
 
 Hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənini Azərbaycan sayan  hər bir insan bu gündə həmrəylik nümayiş etdirir və ya etdirməlidir.  /anspress/