Azərbaycan və MDB » Ermənistan ordusunda kütləvi qırğın olub

Separatçı rejimin əsgərləri bir-birini güllələyib

Dünən gecə saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin cənub-qərbində, cəbhə bölgəsində yerləşmiş hərbi hissələrdən birində atışma olub. Separatçı Dağlıq Qarabağ respublikası "Müdafiə Nazirliyi"nin mətbuat katibi Senor Asratyan Ermənistanın “Armenia Today” saytına açıqlamasında baş vermiş insident nəticəsində ölən və yaralananların olduğunu bildirsə də, onların sayı barədə məlumat verməyib.

Senor Asratyan insidentin qoşunların təmas xəttində erməni hərbçiləri ilə azərbaycanlı hərbçilərin arasında baş verməsi barədə suala belə cavab verib: “Hazırda insidentin baş vermə səbəbi araşdırılır. Bundan başqa, heç nə deyə bilmərəm”.

Qondarma respublikanın "Müdafiə Ordusu"nun informasiya və təbliğat bölməsi isə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: "Noyabrın 19-u təqribən gecə yarısı, cəbhə xəttində, cənub istiqamətində yerləşmiş, müdafiə ordusu tərəfindən mühafizə olunan hərbi hissələrdən birində ölümlə nətivələnən fövqəladə hadisə baş verib. Ölən və yaralananlar var. Cinayət işi açılıb. istintaq gedir" (anspress).

APA-nın özəl mənbələrdən əldə etdiyi məlumata görə isə qoşunların təmas xəttinə yaxın ərazidə yerləşən hərbi hissədə erməni hərbçiləri arasında atışma baş verib. Atışma nəticəsində 20-dən artıq erməni hərbçisi ölüb, 30-dan artıq şəxs yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır, mənbə qeyd olunan rəqəmlərin sayının arta biləcəyini istisna etməyib.

Bir az əvvəl “DQR-nin İnformasiya və Təbliğat Şöbəsi” isə bu gecə baş vermiş insident nəticəsində 4 erməni hərbçisinin ölməsi, 4-nün isə ağır yaralanması barədə məlumat yayıb. Qondarma qurum insident nəticəsində avtomatdan açılan atəş nəticəsində həqiqi hərbi xidmətdə olan Yesayan Levon Sosoviç (1991-ci il təvəllüdlü,',0), Qaloyan Nerses Valeryeviç (1990-cı il,',0), Saakyan Narek Vardanoviç (1990-cı il) və Sarkisyan Nver Martikoviç (1991-ci il) öldürülüb. Melkumyan Sarkis Akopoviç (1991-ci il,',0), Aleksanyan Xaçik Sarkisoviç (1992-ci il,',0), Qriqoryan Masis Mavrikoviç (1991-ci il) və Azroyan Manvel Armenoviç (1991-ci il) adlı erməni hərbçiləri isə müxtəlif dərəcəli xəsarət alıblar.

İnsidentin başvermə səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, qeyri-rəsmi mənbələrin məlumatına görə, bu insident erməni əsgərləri arasında baş verən münaqişənin nəticəsidir. Artıq insidentlə bağlı cinayət işi başlanıb və faktla bağlı araşdırma aparılır. /Yeni Musavat/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!