Dünyada » Ermənistan ordusunda generallar arasında müharibə gedir

Seyran Ohanyan prezident olmağa hazırlaşır

Ermənistanın məşhur “ArmToday” agentliyi İrəvanda nəşr olunan “Çorrord inkişxanutyun” həftəlik qəzetinə istinadən ötən gün yaydığı məlumatında müdafiə naziri Seyran Ohanyanın son günlər Baş Qərargah rəisi Yuriy Xaçaturovun səlahiyyətlərini azaltmaq, onun nüfuz dairəsində olan hərbçilərin sıxışdırılması siyasətini gücləndirdiyi qeyd olunub. Qəzet erməni ordusundakı mənbələrə istinadən ordu rəhbərliyində mövqe uğrunda generallar arasında mübarizənin alovlandığını yazır. Məqalədə hətta Seyran Ohanyanın fikirlərinə də yer ayrılıb. Seyran Ohanyan Xaçaturovun hər dəfə kazinoda külli miqdarda pul uduzduğunu və buna görə ordu rəhbərliyinin biabır olduqlarını deyib.

Ermənistan ordusundakı real durumun son vaxtlar mətbuatın əsas mövzusuna çevrilməsi bunun arxasında hansısa siyasi məqsədlərin durduğuna işarə edir.
Bu mövzuda söhbət etdiyimiz Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirdi ki, Ermənistanda iqtisadi və maliyyə böhranı artıq orduya da sirayət edib: “Ağır sosial-iqtisadi həyat şəraitinin dözülməz həddə çatması prezident Serj Sərkisyan hakimiyyətinin devriləcəyi ictimai-siyasi fikirdə  ciddi müzakirə predmetinə çevirib. Vəziyyətin tamamilə idarəolunmaz həddə çatacağı təqdirdə,  hərbi xuntanın prezidentliyə real namizədi Seyran Ohanyanın olacağı  gözlənilir. Son 11 ildə bu hal Ermənistan siyasətində artıq ənənəyə çevrilib. Robert Köçəryan iqtidarı zamanı Serj Sərkisyan əvvəlcə Baş Qərargah, sonra isə müdafiə naziri, bunun ardınca baş nazir kürsüsünə yiyələnərək hərbi xuntanın ömrünü qoruya bildi. İndi  Seyran Ohanyan da həmin taktika ilə irəli çıxmağa başlayıb. Sərkisyan müdafiə naziri olanda Ohanyan qərargah rəisi idi. Sərkisyan baş nazir olanda Ohanyan da müdafiə naziri postuna yiyələndi. İndi həmin ənənə pozulmağa başlayıb. Ordunun acınacaqlı bir duruma düşməsi faktını ört-basdır” etmək və bütün günahları boynuna yükləmək üçün “qurbanlıq keçi” axtarılır ki, indiki məqamda bu, baş Baş Qərargah rəisi Yuriy Xaçaturov seçilib".
N. Miriyə görə, Azərbaycan ordusunun inkişafından əndişəyə düşən ermənilər Ermənistan ordusunda da köklü islahatlar aparmaq qərarına gəlib. Bu yöndə hərbi komissarlıqların ləğv edilməsi və bu funksiyanın Baş Qərargaha tabe etdirilməsi gözlənilir: “Belə olduğu təqdirdə əsgəri xidmətə çağırılanlardan alınacaq rüşvətin birbaşa Yuriy Xaçaturovun nəzarətinə keçməsi demək olacaq ki, buna da Seyran Ohanyan razı ola bilməz. Yuriy Xaçaturov erməni ordusunun hərbi elitasında iqtidara qarşı ən barışmaz mövqe nümayiş etdirən ”Sardarapat" (könüllü döyüşçülər) təşkilatının əsas siyasi və maliyyə dayağı hesab olunur. Belə bir fiqurun varlığı ordudakı korrupsiyanın bir əldə cəmlənməsinə imkan vermir. Erməni mətbuatında Seyran Ohanyanın dəstəyi ilə Yuriy Xaçaturovun “vurulması” kampaniyasına başlanılmasının səbəblərindən biri də budur. Çünki Ohanyan prezident kürsüsünə tramplin olaraq baş nazir vəzifəsinə gedəcəyi təqdirdə varis qismində Xaçaturovu müdafiə naziri postunda görmək istəmədiyindən indiki məqamda əsas rəqibi qismində onu zərərsizləşdirmək istəyir"./Yeni Müsavat/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!