Yaxın şərq » Bağdadda katolik kilsəsinə hücum: 24 ölü, 30 yaralı

İraqın paytaxtı Bağdadda silahlıların ələ keçirdiyi katolik kilsəsinə hücum zamanı 10 girov, 7 polis və 7 terrorçu öldürülüb.

Məlumatı İraqın Daxili İşlər Nazirliyinin nümayəndəsi verib.

"ANS PRESS"in məlumatına görə bazar günü “Əl Qaidə” tərəfdarları Bağdadın mərkəzindəki xristian məhəlləsində yerləşən məscidi ələ keçirib. Onlar aralarında din xadimləi, qadınlar və uşaqların olduğu girovları öldürməklə hədələyiblər. Silahlılar İraq və Misir həbsxanalarındakı “Əl Qaidə” üzvlərinin azadlığa burazılmasını tələb ediblər. Ötən gün İraq polisi silahlıların və girovların olduğu kilsəyə hücum edib. Ziddiyyətli məlumatlara görə, əməliyyat zamanı 10-50 girov azad edilib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!