Yaxın şərq » Vəfat etmiş şeyxin övladları savaşa qalxdı
BƏƏ-nin əmiri şeyx Xalid

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tərkibinə daxil olan 7 əmirlikdən biri - Ras-əl-Xaymda siyasi vəziyyət gərginləşib.

press7.org saytının xəbərinə əsasən dünən vəfat etmiş əmir şeyx Sakr bin-Muhəmməd əl-Qasimin övladları hakimiyyət uğrunda mübarizəyə başlayıblar.

BƏƏ-nin Ali Şurası (bura 7 əmirliyin başçıları daxildilər) vəfat etmiş şeyxin 4-cü oğlu - şeyx Səudun namizədliyini dəstəkləyiblər. Lakin mərhum əmirin böyük oğlu Xalid İnternetdə müraciətini yayaraq, özünü əmir elan edib.

Hələlik əmirliyin ərazisində gərgin sakitlik hökm sürür.

Xalidin sarayı hökumət qoşunları tərəfindən mühasirədə saxlanılır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!