Analitika və müsahibə » Azərbaycanda ərzaq məhsullarının azalma müşahidə olunur
Azərbaycanda ərzaq məhsullarının qiymətində azalma müşahidə olunur. Hələlik bu özünü əsasən ət və ət məhsullarında göstərir.
Press-az.com saytının verdiyi məlumata görə Azərbaycanda ərzaq məhsullarının qiymətində azalma müşahidə olunur. Hələlik bu özünü əsasən ət və ət məhsullarında göstərir. Yaxın zamanlarda isə bunun meyvə və tərəvəzlərin qiymətlərində də özünü büruzə verəcəyi gözlənilir.Dövlət Statistika Komitəsinin sədri A.Vəliyevin fikrincə, qiymətlərin aşağı düşməsinin bir səbəbi də hər həftə paytaxtda keçirilən yarmarkalardır. Yanvar və fevral aylarında kiloqramı 8 manat olan qoyun əti 2 manat, 6 manata satılan mal əti isə 5-ə satılır.

Azərbaycanda yoxsulluğun səviyyəsinə də toxunan Arif Vəliyev qeyd etdi ki, hökumət son beş ildə ölkədə yoxsulluğun səviyyəsinin 3,4 dəfə azaldılmasına nail olub. Rəsmi hesablamalara görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 2009-cu ilin əvvəlinə 13,2% təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə bu göstərici 2,6 , 2007-ci ildə isə 5 faiz olub. Komitə sədrinin sözlərinə görə, bu bir daha onu göstərir ki, hökumət yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə yeni Dövlət Proqramını uğurla həyata keçirir. BMT-nin hökumət qarşısında qoyduğu Minilliyin İnkişaf Məqsədlərində əsas hədəf 2015-ci ilədək Azərbaycanda yoxsulluq səviyyəsini 10%-ə çatdırmaqdır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!