Orta şərq » Haqq və batili bəsirətlə ayırmaq lazımdır-Ayətullah Xamenei
Ayətullah Seyid Əli Xamenei

İranın ali dini lideri Qumda minlərlə "bəsic"li qarşısında çıxış edib

Məlumatı IRNA yayıb. Seyid Əli Xamenei çıxışında deyib: "Bəzən tanınmışlar da səhvə düçar ola bilərlər. Buna görə də haqq və batili şəxslərə görə yox, bəsirətə görə ayırd eləmək lazımdır. İmam Xomeyni də deyərdi ki, əgər mən İslamdan qopsam, xalq məndən üz çevirər".

Ali dini lider həmçinin xarici siyasətlə bağlı məqamlara da toxunub: "İslam nizamının düşmənləri və bəzi fitnəçilər guya İranın dünyada imicini itirdiyini və alçalıdığını iddia edirlər. Halbuki, bu İslam Respublikasının imici və şəxsiyyəti digər millətlərə nisbətdə nəinki azalmır, əksinə getdikcə artır. Prezidentin Livana səfəri və orada necə qarşılanması buna nümunədir".

Ayətullah Xamenei həmçinin İranın İslam və Quran çərçivəsində böyük gələcəyinin olduğunu və bunun digər müsəlman millətlərin oyanışınına böyük təsir qoyacağını bildirib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!