Analitika və müsahibə » Bir ovuc yəhudi bizi istədiyi hala salır-Yusif Qərdavi
Yusif Qərdavi

Əhli-sünnə alimi müsəlmanları güclərini birləşdirməyə çağırıb

313news.net-in "israhaber"ə istinadlı xəbərinə görə 42 ölkədən 300 İslam aliminin qatıldığı simpozyum "WOW" mehmanxanasında öz işinə başlayıb. Səhhətindəki problemlər səbəbilə simpozyuma qatıla bilməyən Yusif Qərdavinin müraciəti lent yazısı vasitəsilə yayımlanıb. Qərdavi müraciətində İslam dünyasını vəhdətə çağırıb. Xristian və yəhudilərin hər vəchlə İslama qarşı mübarizə apardıqlarını bildirən alim, müsəlmanları ancaq birlik olmaqla buna müqavimət göstərməyin mümkün olduğunu deyib.

O həmçinin deyib: "Bir ovuc yəhudi bizi istədiyi hala salır. Onlar qanımızı tökür, torpaqlarımızı işğal edirlər. Fələstin qan ağlayır, Məscidül-əqsa işğal altındadır. Dünyada 1,6 milyard müsəlman var. Bu o deməkdir ki, hər 4 insandan biri müsəlmandır. Bu çox önəmli bir göstəricidir. Biz güclərimizi səfərbər etməliyik".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!