Orta şərq » İran İslam Respublikası genişmiqyaslı hərbi təlimlərə başlayacaq.
Əhmədrza Purdastan

İ. İ. R-nın quru qoşunları yaxın zamanlarda İlam və Xuzestan vilayətlərində genişmiqyaslı təlimlərə başlayacaq. 


Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “İRNA” nın verdiyi məlumata görə, bu sözləri İranın quru qoşunlarının komandanı Əhmədrza Purdastan deyib. O bildirib ki, bir həftə davam edən təlimlərdə pilotsuz təyyarələr, raketlər, eləcə də hərbi sahəyə dair bütün komponentlərdən istifadə olunacaq: “Ölkəmiz elm və texnologiya sahəsində sürətlə inkişaf edir. Biz bunu orduda da göstərəcəyik. Ordumuzu həmişə döyüşə hazır vəziyyətdə saxlayacağıq”.


Qeyd etmək lazımdır ki, İ. İ. R-nın keçirəcəyi hərbi təlimlər, ətraf qonşu ölkələrdə öz hərbiçilərin yerlşdirmiş işğalçı ABŞ-a aşkar mesaj olması heçdə ikar edilməzdir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!