Orta şərq » İranda böyük uran yatağı tapıldı .

 İranın Bəndər-Abbas vilayətində böyük uran yatağı aşkarlanıb. 

 

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, İranın energetika naziri ölkənin digər yerlərində də uran yataqlarının axtarışı istiqamətində işlərin davam etdiyini bildirib. 


Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını davam etdirdiyi üçün bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. ABŞ və Avropa ölkələri daha sərt sanksiyalar barədə qərar qəbul ediblər. 


Bu sıraya İrana uran və digər radioaktiv maddələrin göndərilməsinin qadağan olunması da daxildir. 

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!