Yaxın şərq » İsrail əsgərinə həbs cəzası

Mavi Marmara basqınında oğurluq edən əsgərə həbs cəzası gəldi...

İsrailin Mavi Marmara gəmisinə təşkil etdiyi basqında əl qoyduğu vəsaitləri oğurlayan İsrail əsgərinə həbs cəzası verildi. 5 ay həbs cəzası alan əsgərin ayrıca rütbəsi də salındı, 700 İsrail Şekeli pul cəzası da kəsildi.

Hərb məktəbində zabit olmaq üzrə yetişdirilən bir əsgər olduğu ifadə edilən əsgər, gəmidəki əşyaları oğurladığını etiraf etmişdi. Əsgərin, xüsusilə elektronik əşyaları oğurlayaraq başqalarına satdığı təsbit edilmişdi. Əsgərin əşyaları, gəmi Aşdod limanda dəmirli olduğu sırada Sentyabr ayında oğurladığı yazılmışdı.

Beş ay həbs çəkəcək olan əsgər 700 Şekel pul cəzası ödəyəcək. Hərb məktəbindən ixrac ediləcək olan əsgəri rütbəsi də salınacaq.

İsrail Əsgəri Məhkəməsinin qərarı eşitdirməsinin ardından bir şərh edən əsgər, peşman olduğunu söylədi və səhv etdiyini qəbul etdi.

İsrail əsgərləri, 31 Mayda Qəzzəyə kömək aparan flota hücum etmiş və Mavi Marmara gəmisində 9 Türkü öldürmüşdü.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!