Dünyada » Amerikada, Türk bayrağı Əl Qaidə ilə əlaqələndirildi.

VAŞİNQTON(DÜNYA)- South Park adlı cizgi filmi serialda Türk bayrağı Əl Qaidə ilə əlaqələndirildi.

Son zamanda Türklər ilə Əl Qaidə arasında əlaqə yaradılmasına istiqamətli səylərə yenisi əlavə olundu. Pakistan və Afgansitanda ABŞın etdiyi hücumlarda Türk Əl Qaidə üzvlərinin öldüyü, hətta təşkilatda bir Türk döyüş təyyarəsi pilotunun var olduğu istiqamətindəki xəbərlər səngimədiyi vaxtda, New Yorkda Xristian Hərəkət Şəbəkəsi adlı quruluşun 11 Sentyabrla əlaqədar hazırladığı sənədli filmin DVD qapağında Türk bayrağını əkiz qüllələrin dağıntısının üstündə göstərildi.


Son olaraq isə məşhur  cizgi filmi serialı 'Sauth Parkda Türk bayrağı ilə Əl Qaidə arasında əlaqə quruldu.Serialın 13 Oktyabr günü nəşr olunan "Jersey's Thing" adlı hissəsində iştirak edən görüntülərdə Əl Qaidə üzərində Türk bayrağı olan təyyarələrlə hücum edir.


New Jerseylilərin South Parka daşınması və ədədlərinin getdikcə artması üzərinə qəsəbə xalqı Usamə bin Ladindən kömək istəyir. Köməyə qaçan Ladin üzərində Ərəbcə yazılar və quyruq qisimində Türk bayrağı motivi olan təyyarələrlə intihar hücumu təşkil edərək New Jerseylileri öldürür.


 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!