Orta şərq » İranın ali dini lideri İraqın baş nazirini qəbul edib

Ayətullah Xamenei İraqı dost-qardaş ölkə bildiklərini deyib

İraqın baş naziri Nuri əl-Maliki İran İslam Respublikasına səfər çərçivəsində ökənin ali dini lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlərin prespektivi müzakirə olunub. IRNA-nın xəbərinə görə görüşdə Ayətullah Xamenei İraqın ən önəmli probleminin hökümətin qurulması olduğunu deyib.

Ayətullah Xamenei həmçinin İraqın zəngin və tarixi keçmişə malik olmasına işarə edərək, bu ölkənin mövcud taleyi yaşamağa layiq olmadığını deyib. O, həmçinin tez zamanda ABŞ-ın bu ölkədən şərrinin kəsilməsini Allahdan dilədiyini qeyd edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!