Yaxın şərq » Çe Gevaranın qızı «Hizbullah» xalq hərəkatı təşkilatın ziyarət edib
Çe Gevaranın qızı Alada Gevara

Kuba sosialist inqilabının liderlərindən olan Çe Gevaranın qızı Alada Gevara Livana səfər edərək, Livan xalqını sionistlərdən müdafiə edənləri ziyarət edib.

Əhli Beyt -ABNA– xəbər agentliyi xəbər verir: Çe Gevaranın qızı Alada Gevara Livana səfər edərək, «Hizbullah» xalq hərəkatı təşkilatının liderləri ilə görüşüb, onların sionistlərlə mübarizə apardıqları «döyüş yerlərinə» ekskursiya edib.

Şiə hərəkatçıları inqilabçının qızına 2000-ci ildə qəsibkar İsrail ordusu Livana hərbi müdaxilə edərkən onların əl-Haimdəki həbsxanalarını göstəriblər.

Oktyabrın 10-da Alada «Hizbullah» lideri Seyyid Həsən Nəsrullahın köməkçisi Naim Qasımla görüşüb. Tərəflər «Livanın işğal altında olan torpaqların silahlı müqavimət yolu ilə azad olunması»nı və «dünyanın çeşidli dövlətlərindəki inqilabçı hərəkatların həmrəyliyi məsələsini» müzakirə ediblər.

N.Qasım Çenin qızına atasının «Hizbullah» döyüşçülərinin Separatçı İsrail rejimi tərəfindən terror olunmuş lideri İmad Muqniyi ilə çəkdirdiyi fotonu təqdim ediblər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!