Yaxın şərq » BMT də İsrail cinayətini pislədi
Azadlıq donanması

Hələlik cinayəti törədən İsrail rejimi bu məruzəyə heç bir münasibət bildirməyib

BMT-nin İnsan Haqqları üzrə Komissiyası bəyan edib ki, bu ilin mayında Türkiyənin "Azadlıq donanması"na təşkil edilən hücum zamanı İsrail hərbçiləri Beynəlxalq qanunları kobud surətdə pozublar.

İslam-Azeri.az İnternet qəzetinin Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə, Komissiya 56 səhifəlik məruzə hazırlayıb. Sənəddə bildirilir ki, "Mavi Marmara"ya basqın zamanı sionistlər son dərəcə qəddar davranıblar. Nəticədə isə 9 günahsız insan öldürülüb.

BMT-nin Komissiyası həmçinin Qazzanın hələ də blokadada saxlanılmasını pisləyib. Ekspertlər İsrailin bu hərəkətlərini qeyri-qanuni hesab edirlər.

Hələlik cinayəti törədən İsrail rejimi bu məruzəyə heç bir münasibət bildirməyib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!