Yaxın şərq » İsrail necə ölkədir?!-Abdullah Gül
Abdullah Gül

Türkiyə prezidenti Abdullah Gül İsrail prezidentli ilə görüş planlaşdırılmasını təkzib etdi

Son günlər mətbuatda İsrail və Türkiyə prezidentlərinin görüşünün baş tutmaması ilə bağlı xəbər yayılmışdı. Bunlara münasibət bildirən Türkiyə prezidenti: "Planlaşdırılmayan görüş necə ləğv edilə bilər?!" deyib.

313news.net "Haber5"-ə istinadən xəbər verir ki, prezident həmçinin deyib: "Heyrət edirəm, İsrail necə ölkədir?! Bəzən olur ki, bizim diplomatlarla görüşmək istəyirlər. Diplomatlara razılıq veririk. Sonra görüşdən imtina etdiklərini deyirlər və qəzetlərə "imtina etdik" deyə sızır. Mən bu mentaliteti anlamıram. Çox səhv edirlər. Bir az sakitləşməli, nə etdiklərini düşünməlidirlər".

Gül deyib ki, belə bir görüşdən xəbərsiz olub. Olsa əvvəldən planlaşdırılardı.

O, həmçinin İsraillə görüşməyib, İran rəhbərliyi görüşməsinə münasibət bildirərək deyib: "İran görüş istəmişdi, bu çərçivədə görüşəcəyik".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!