Orta şərq » "Həqiqi həyat İslamdadır"

Ayətullah Safı Gülpayqani, İslam dininin başda Ərəbistan və Misir olmaqla bütün dünyada cəhaləti aradan qaldırdığını, insanların həqiqi həyatı İslamda tapdığını vurğuladı.

Amerikada radikal keşiş Terri Consun Qurani-Kərimi yandırma çağırışına etiraz edən bir qrup İranlı universitet müəllimlər və şagirdləri ilə görüşən İslam aləminin öndə gələn böyük alimlərindən olan Ayətullah Safı Gülpayqani, Qurani Kərimə istiqamətli bu vəfalılığın bütün dünyada gözə çarpdığı və bunun da uca Allah qatında böyük mükafatları olduğunu qeyd etdi.

Ayətullah Safı Gülpayqani, Qurani Kərimin müsəlmanların şəxsiyyəti və həyat tərzi olduğunu və bütün müsəlmanların bu səmavi kitabla qürur duyduğunu, bu səmavi kitabın bütün qaranlıqları yox edərək insanları qaranlıqdan qurtardığını vurğuladı.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!