Yaxın şərq » "Hizbullah" bizdən çox da geri qalmır-Ehud Barak
Ehud Barak

Livanla sərhəd bölgəyə səfər edən İsrail rejiminin müdafiə naziri belə deyib

"Israhaber" məlumat verir ki, İsrailin müdafiə naziri şimalda Livanla sərhəd bölgəyə gerçəkləşdirdiyi səfərində bir sıra açıqlamalar verib. O, qeyd edib ki, Suriya və Livanla sülh mümkündür.

Sionist rejimin naziri cənub sərhədlərində vəziyyətin sakit olduğunu, lakin hazırlıqlı olmağın labüd olmasını bildirib. O, həmçinin "Suriya və Livanla sülh yaratmaq yönündə ehtimallar var. Buna inanıram".

O, həmçinin Hizbullahla bağlı sual belə cavab verib: "Hizbullah təcrübə və bacarıq cəhətdən bizdən çox da geridə deyil. Hər addımını düşünərək atır. Hansı tərəfdən zərbə endirib, necə çaşdıracağını öyrənməyə çalışır"

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!