Artıq bu məqsədlə əlaqədar olaraq bir çox toplantıların keçirilməsi nəzərdə tutulur
Pakistana yardım etmək üçün bütün Qafqazın şeyxi Hacı Alahşükür Paşazadə səfirliklərdə danışıqlar aparır. Ahli-beyt.az-ın məlumatına görə Bu məqsədlə də Ramazan ayı başa çatdıqdan sonra Azərbaycanda akreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə toplantının keçirilməsi də nəzərdə tutulur.
“Bu orucluqdan sonra insanlara, azərbaycanlılara tövsiyyəm olacaq. Mən bir çox səfirliklərlə danışıqlar aparmışam. Pakistanda bizim çoxlu qardaşlarımız var ki, həlak olublar. Əhali ehtiyac içindədir. Onlara kömək kampaniyası açmaq istərdik. Nə olarsa, kimin nə imkanı olarsa kömək edər”.