Dünyada » Ermənilər internetsiz qalıb

Ermənistan mətbuatı buna görə Gürcüstanı ittiham edir

Ermənistan Gürcüstanı onu normal internetdən məhrum etməkdə suçlayır. Belə ki, sentyabrın 11-dən Ermənistandakı intğernet istifadəçilərinin bir hissəsi şəbəkəyə çıxış imkanından məhrum olub, qalan hissəsində isə məlumatların ötürülməsi sürəti əhəmiyyətli dərəcədə azalıb. Problem Gürcüstan ərazisində optik kabellərin zədələnməsi üzündən yaranıb. Ermənistanın ətraf aləmlə bağlantı yaratmasına məhz bu kabel xidmət edir.

Ermənistan KİV-inin məlumatına görə, Gürcüstan tərəfi sürətin azalmasının səbəblərini izah etməsə də, erməni provayderləri iddia edirlər ki, kabel zədələnməyib. Qeyd edək ki, Gürcüstanda kabellərin zədələnməsi üzündən Ermənistanda vaxtaşırı internetlə bağlı problemlər yaranır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!