Orta şərq » Ayətullah Gülpayqani Ayətullah Xamenei barədə
Ayətullah Safi Gülpayqani

İslam dünyasının böyük alimlərindən, şiələrin mərcei təqlid müctehidi Ayətullahul üzma Safi Gülpayqani “Mübariz ruhanilər” şurasının üzvü Ayətullah Məhdəvi Kəni ilə görüşündə bu barədə danışıb.

İslam-Azeri.az internet qəzetinin “Fars” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Ayətullahul üzma Safi Gülpayqani görüşü zamanı həmçinin bu sözləri önə çəkib: “Biz həmişə məsul şəxslər, İmam cümələrlə görüşdə bu sözləri deyirik: “Ayətullah Xameneiyə dəstək və onu gücləndirmək, İslam İnqilabına dəstək və onu gücləndirmək deməkdir. Allaha şükr edin ki, bütün məsələləri düzgün bilən, problemləri dəqiq təhlil edən belə bir şəxsiyyətimiz vardır. O həqiqətən də, təlatümlü problem dəryasında yaxşı bir bələdçidir”.

Ayətullahul üzma Safi Gülpayqani sözlərinin davamında deyib: “Siz bu ölkədə Xameneidən daha imanlısını, İslam və xalq üçün ürəyini ondan çox yandıranını tapa bilməzsiniz. Bizim nəzərimiz budur. Arada bizim önə çəkdiyim məsələlər o demək deyil ki, mən İnqilaba qarşıyam. Və bu addımlar inqilabı zəiflətmək üçün atılmır. Əksinə bizim bu məsələləri izhar etməyimiz inqilabı möhkəmləndirmək üçündür. Ayətullah Xamenei barədə nəzərimiz budur ki, dünya zülmünün qarşısında dura biləcək ikinci belə şəxsiyyət yoxdur. Hətta dünya da bunu yaxşı bilir. Buna görə də, Xamenei düşmənlərinin diqqət mərkəzindədir”.

Qeyd edək ki, dünyada bu cür böyük şiə alimlərinin sayı elə də çox deyildir.

Həmçinin son zamanlar bu cür böyük alimlərin Ayətullah Xamenei barədə dedikləri təriflər istər İranın daxilii, istərsə də xarici düşmənlərini narahat edib.

Xatırladaq ki, bu günlərdə İraqın Nəcəf şəhərində iranlı zəvvarlarla görüşən Ayətullah Sistani iranlılara Ayətullah Xamenei ətrafında sıx birləşməyə onu həmişə himayə və müdafiə etməyə çağırmışdı.

Bu cür bəyanatlar Ayətullah Nuri Həmadani və Ayətullah Məkarim Şirazi, həmçinin mərhum mərcei təqlidlər tərəfindən də önə çəkilmişdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!