Azərbaycan və MDB » "Azərbaycanda bu gün də 30 minə yaxın etnik erməni yaşayır"

Gürcüstanın Azərbaycandakı səfiri təyin edilən İrakli Kavtaradzenin təyinatına rəsmi Bakının razılıq verməməsi xəbəri rəsmən təkzib olundu.

Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov Gürcüstanın Azərbaycandakı səfiri təyin edilən İrakli Kavtaradzenin təyinatına rəsmi Bakının razılıq verməməsi və buna onun erməni əsilliliyinin səbəb olması barədə Ermənistan mətbuatının iddialarını təkzib edib.

APA-nın sualını cavablandıran diplomat deyib: “Təyinatla bağlı müvafiq prosedurlar həyata keçirilir. Lakin təəssüf ki, Ermənistan mətbuatında məsələyə başqa rəng verməyə və bunu etnik dözümsüzlüklə əlaqələndirməyə çalışıblar. Hər kəs bilməlidir ki, Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanda yaşayan bütün milli azlıqlar digər Azərbaycan vətəndaşları kimi öz hüquqlarından istifadə edə bilər. Ermənistan tərəfi nəzərə alsın ki, Azərbaycanda bu gün də ölkə vətəndaşı olan 30 minə yaxın etnik erməni yaşayır”.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!