![](/up/news/article/thumb_shalitler.jpg)
Bu gün İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS tərəfindən əsir saxlanılan sionist terrorçu Gilad Şalitin valideynlərini qəbul edib.
İslam-Azeri.az İnternet qəzetinin sionist KİV-inə istinadən verdiyi xəbərə görə, baş nazir Noam və Aviv Şalitlərdən onun iqamətgahı qarşısında quraşdırdıqları çadırı tərk etmələrini xahiş edib.
Lakin Şalitin valideynləri bu xahişi rədd ediblər və bildiriblər ki, HƏMAS tələbləri yerinə yetirilməyəcəyinə və övladları azad edilməyəcəyinə qədər evlərinə dönməyəcəklər.
Xatırladaq ki, iki ay əvvəl İsarildə Şalitin azad edilməsi tələbi ilə çoxminlik nümayiş keçirilmişdi. Nümayiş zamanı sionist hökumətin ünvanına ittihamlar yağdırılmışdı. Məhz həmən nümayişdən sonra Şalitin valideynləri Netanyahunun iqamətgahı qarşısında çadır qurublar və o gündən burda yaşayırlar.