![](/up/news/article/thumb_absh1.jpg)
Amerika hərbi hissələri İraqı tərk etdikdən yalnız beş gündən sonra, bu ölkədə qalmış ABŞ hərbçiləri yenidən ölkədə hərbi əməliyyatlara başlayıb.
Onlar Bağdad şəhərində hərbi əməliyyat keçiriblər, - “Nyusmail” xəbər verir.
Pentaqon baş vermiş hadisəni təsdiqləyib. ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, guya terrorçular bu ölkədəki keçmiş hərbi bazalardan birinə hücum etdiyindən, onların da hərbçiləri hücuma keçməyə məcbur olub. Silahlı qarşıdurma zamanı 12 dinc sakinin də həlak olması barədə məlumat yayılıbş Məlumata görə, döyüş iki saat davam edib.
/deyerler.org/