Dünyada » "Qüds günü"ndəki terroru Mossad törədib

Pakistanda "Qüds günü" İsrail əleyhinə qarşı keçirilən etiraz aksiyasında törədilən terrorun arxasında İsrail xüsusi xidmət orqanları durur.

İslam-Azeri.az internet qəzetinin İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Pakistanın "Navai vaqt" qəzeti adının açıqlanmasını istəməyən Pakistan xüsusi xidmət orqanlarının yüksək rütbəli məmuruna istinadla məlumat dərc edib.

Məlumatda deyilir ki, İsrailin "Mossad" və Hindistanın xüsusi xidmət orqanları birlikdə bu terror aktını həyata keçirilməsi üçün vəhabilərdən istifadə ediblər.

Xəbərdə qeyd edilir ki, bu terror aktının birinci hədəfi "Qqüds günü"nün yad edilməsinə sərt cavab vermək, digəri isə vəhabilər vasitəsilə sünnilərlə şiələr arasında fitnə yaratmaq olub.

Qeyd edək ki, cümə günü Pakistanın Qveta bölgəsində İsrail əleyhinə etiraz edənlərə qarşı terror aktı zamanı 73 nəfər həyatını itirmiş, 150 nəfərdən çox insan isə yaralanmışdı.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!