Analitika və müsahibə » "Məşhədi Dadaş"da "Qüds günü" xütbəsi

Bu gün "Məşhədi Dadaş" məscidində Hacı Şahin Həsənlinin imamətliyi ilə Mübarək Ramazan ayının son Cümə namazı qılınıb.

İslam-Azeri.az İnternet qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, Hacı Şahin ilk xütbəsində özünü və namaz iştirakçılarını təqvaya dəvət edərək, Mübarək Ramazan ayının son Cüməsində dünya müsəlmanlarının qeyd etdiyi “Qüds günü” haqqında danışıb.

İmam Cümə bu günün bütün dünyada qeyd edilməsini diqqətə çatdıraraq hər bir müsəlmana “Qüds günü”nü qeyd etməsinin vacib olduğunu önə çəkərək deyib: “Bütün müsəlmanların boynunda şəri vəzifədir ki, “Qüds günü” qeyd olunsun. Bu gün haqq əhlinin haqqla beyət, zülmə etiraz etdiyi gündür. Bu gün haqqa qarşı vuruşanlara qarşı etiraz günüdür. Quran müsəlman cəmiyyəti haqqında danışanda müsəlmanların iki xüsusiyyətinə xüsusi önəm verir. Birinci möminlərin bir-birinə mülayim və təvazökar, düşmənlərinə isə düşmən və sərt olmasıdır. Əgər bir kəs İslam düşmənlərinə qarşı düşmən deyilsə, nə qədər namaz qılırsa qılsın heç bir faydası yoxdur. Musa Peyğəmbər çətinliyə düşəndə, Allah ona deyir ki, sən mənim üçün nə etmisən? O cavab vermişdi ki, namaz qılmışam, oruc tutmuşam. Allah ona cavabında: “Bu ibadətlər sənin özün üçündür” demişdi. Musa Peyğəmbər (ə) isə, Allahdan bu məsələ haqqında bilmədiyini dedikdə, Allah Təala ona: “Sən mənim üçün mənim dostumla dost, düşmənimlə düşmən olmusan?” sualını verir” deyən Məşhədi Dadaş məscidinin İmam Cüməsi, İslam düşmənilə düşmən olmağın vacibliyindən danışıb.

Qədr gecələrində İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin yad edilməsinə də işarə edən Hacı Şahin bu mühüm gecələrin əməllərinə mücahidərin ziyarətinin salınmasının İslamın mücahidlərə əhəmiyyət verməsinə görə olduğunu deyib.

Xütbəsində İsrailin terrorlarına da işarə edən Məşhədi Dadaş məscidinin İmam Cüməsi bu rejimin tarixi cinayətlərindən misallar gətirib. Qəzzaya gedən Türkiyənin humanitar yardım gəmisinə qarşı hücum edən İsrailin terrordan başqa bir şey anlamadığını deyib.

BMT-nin İsrailə qarşı ciddi addım atmamasını da tənqid edən Hacı Şahin Həsənli, digər ölkələrə qarşı 1 gündə ciddi addım atdığı halda İsrailə qarşı susqunluq nümayiş etdirilməsinin rəzalət olduğunu bildirib.

Qarabağ mövzusunda da Azərbaycan xalqının Fələstin xalqının taleyini yaşadığını xatırladan Məşhədi Dadaş məscidinin İmam Cüməsi dünya ictimaiyyəti, BMT və ATƏT-in Azərbaycana qarşı ikili mövqe göstərməsini önə çəkib.

Ermənilərə ağır zərbə endirərək şəhid olan Seyyid Mübariz İbrahimov haqqında da xütbəsində söhbət edən Hacı Şahin bu qəhrəmanın qəhrəmanlığını İslamdan, dindən və Əhli-Beyt (ə) yolundan qavradığını bildirib. Gənclərə tövsiyyə edən İmam Cümə onlara bu şəhidin qəhrəmanlığını təbliğ etməyə çağırıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!