Azərbaycan və MDB » Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

Milli Ordunun əsgəri özünü güllələyib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş verib. 2009-cu ildə Biləsuvar rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 19 yaşlı Ələddin Əlifağa oğlu Cəlilov əlindəki avtomat silahdan açdığı atəş nəticəsində ağır yaralanıb. Yaralı hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev açıqlamasında faktı təsdiqləyib. O, hadisənin baş vermə səbəblərinin araşdırıldığını qeyd edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!