İslam İnqilabı Rəhbəri Ayətullah Seyyid Əli Xamenei dünən
günortadan sonra, Azərbaycan Respublika prezidenti İlham Əliyevlə
görüşü əsnasında, etdiyi çıxışda, Amerikalılar və Sionist İsraillilərin
İran ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin inkişaf
etdirilməsindən narahat olduqları və buna görə qarşı çıxışlar və
qıcıqlandırmalarla iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsini
maneə törətməyə çalışdıqlarını xatırladaraq, "Bu cür təxribat
cəhdlərinə qarşı qəti və ciddi tədbir görmək və İran-Azərbaycan
arasındakı imkanlara arxalanaraq, aradakı qardaşca əlaqələri daha da
inkişaf etdirmək gərəkdir" deyə vurğulayıb.
İran prezidenti Əhmədinejadın da olduğu görüşdə Azərbaycan Respublika prezidenti İlham Əliyev də, İranlı rəsmilərlə görüşlərinin yaxşı və müvəffəqiyyətli olduğunu bildirib, "İki ölkə arasındakı yaxşı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün, əlimizdən gələni etməliyik" deyib.
Əliyev daha sonra, hər iki ölkəyə də yönəldilən təhdidlər mövzusuna toxunaraq, "Kimiləri, bu iki ölkə arasındakı yaxşı əlaqələri mənfi istiqamətdə təsir etməyə çalışır. Lakin biz heç bir əcnəbi ölkəyə Azərbaycan-İran arasındakı dostyana əlaqələrə müdaxilə etməsinə icazə vermərik" deyə əlavə edib.