Dünyada » Rəsmi İrəvan Azərbayсanın ərazi bütövlüyünü tanıyır

Xarici İşlər Nazirliyinin rəsmi saytında Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın tərkibində göstərilib.

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) işğal altında olan Dağlıq Qarabağın Azərbaycan ərazisi oluğunu təsdiq edib. Belə ki, İrəvanın rəsmi mövqeyini ifadə edən XİN-in rəsmi saytında yerləşdirilən xəritələrdən birində işğal altında olan Azərbaycan torpaqları - Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycan sərhədləri çərçivəsində göstərilib. Xarici İşlər Nazirliyinin bu addımı ölkə mətbuatını ayağa qaldırıb.

Ermənistanın "Armenia Today” saytı bu hadisəni "acı təəssüf hissi" ilə yazır: “Artıq uzun müddətdir ki, erməni cəmiyyətində "Dağlıq Qarabağ respublikası"nın Ermənistan tərəfindən tanınmasının zəruri olmasına dair çağırışlar səsləndirilir. Bu addımın tərəfdarları öz nəzər nöqtələrini Ermənistanın Qarabağın mövcudluğunu tanımadığı halda, dünyanın onu tanımasına nail olmağın mümkün olmayacağı ilə əsaslandırırlar. Bəlli olur ki, Ermənistan hakimiyyəti qondarma Dağlıq Qarabağı nəinki hüquqi cəhətdən tanımır, hətta onu faktiki olaraq Azərbaycan Respublikasının ərazisi hesab edir. Söhbətin nədən getdiyini tam olaraq anlamaq üçün, təkcə Ermənistanın Xarici İşlər Nazirliyinin rəsmi saytına daxil olmaq lazımdır. Burada yerləşdirilən xəritələrdən birində Qarabağ Azərbaycanın tərkibində göstərilib”.Anspress



Xəritəyə aşağıdakı linkdə baxa bilərsiniz: http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=30646&SectionID=0&RegionID=0&Date=08/30/2010&PagePosition=

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!