Analitika və müsahibə » İranın irəliləməsi, ABŞ və İsraili narahat edir! (Eksklüziv)
Rus çapı "Doel" qəzeti, İranla əlaqədar nümayiş etdiyi bir yazısında, İranın "Ümid" peykini kosmosa yola salması cəhdinə toxunaraq, İranın qeyd etdiyi irəliləmələr, ABŞ və İsraili narahat edir" deyə vurğuladı.



Söz mövzusu yazının yazıçısı Zenamenskiy yazının bir hissəsində, İran İslam İnqilabının il dönümü münasibətiylə bu ölkənin "Ümid" peyki və "Səfir-2" adlı peyk daşıyıcısını kosmosa göndərməsi və müvəffəqiyyətli bir şəkildə orbitə oturtması hadisəsinə toxunaraq, "Həm bu peyk və həm peyk daşıyıcısının dizaynı, İranlı mütəxəssislər tərəfindən edilmişdir. Bu da, İranın müvəffəqiyyətli be qalıcı bir inkişaf qeyd etdiyinin bir göstəricisidir" deyə yazdı.

Zenamenskiy yazısının davamında, "İnqilab ümumiyyətlə, ölkənin geri qalması, elmi, iqtisadi və ictimai pozuqluqlara məruz qalmasına gətirib çıxarmaqdadır. Ancaq, İranda reallaşan İslam inqilabı, bu ölkənin inkişaf xəttinə güclü bir canlılıq qazandırdı" ifadəsini istifadə edərkən ayrıca, "İranın bu inkişafları əslində sevindirici bir hadisədir. İranın elm sahəsində daha da müvəffəqiyyət qazanmasını diləyə bilərik. Ancaq nə var ki, qərb kimi ölkələr, İranın öz peykini kosmosa atar-atmaz, bu inkişafdan narahatlıq duyduqlarını ifadə etdilər. Təbii biz qərbin davamlı olaraq müəyyən bir mövzu haqqında qayğı ifadəsində olmalarına alışdıq. Qərb bu dəfə də, İranın kosmosa peyk göndərməsinin təhlükə yaradıcı bir cəhd olduğunu irəli sürdü" deyə qeyd etdi.

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!