Dünyada » Qondarma prezidenti Livanda saymayıblar
Separatçı rejimin rəhbəri

Ermənistanın bəzi kütləvi informasiya vasitələrinin internet səhifələrində qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyanın avqustun 20-də Livana səfər etməsi ilə əlaqədar Azərbaycanın Suriyadakı səfirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, separatçı rejimin başçısı B. Saakyan Livana yerli erməni icmasının dəvəti ilə səfər edib və səfər zamanı Livanın rəsmi şəxsləri ilə heç bir rəsmi görüş keçirməyib.

Səfər çərçivəsində yalnız Livandakı erməni icması, erməni əsilli deputat və dövlət məmurları ilə qeyri-rəsmi görüşlər keçirilib.

Azərbaycan XİN onu da bildirir ki, Livan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!