Yaxın şərq » Allavi: "ABŞ, İranla yaxşı əlaqələrə sahib olacaq hökumət istəyir "

əl-İraqiyyə İttifaqı Lideri İyad Allavi, Tehranla əlaqələrinin pis olmadığını ifadə edərək, Amerikanın İraqda, İranla yaxşı əlaqələrə sahib olacaq bir hökuməti dəstəklədiyini söylədi.

Əl Cəzirə televiziyasına müsahibə verən əl-İraqiyyə İttifaqı Lideri İyad Allavi, Amerikanın ona qarşı olduğunu qarşıya qoyaraq bu məsələnin İraq cəmiyyəti tərəfindən çox yaxşı bilindiyini və Amerikanın İraqda İranla yaxşı əlaqələrə sahib olacaq bir hökuməti dəstəklədiyini söylədi.

Seçkilərdə ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən açıq şəkildə dəstəklənilən İyad Allavinin liderlik etdiyi əl-İraqiyyə İttifaqı, daha əvvəl BMT-dən, Ərəb Birliyindən və "beynəlxalq cəmiyyət"dən İraqdakı hökumət qurma müddətinə müdaxilə etməsini istəmişdi.

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!