Dünyada » Qarabağ separatçılarının lideri Livan ermənilərindən pul dilənir
Separatçı rejimin rəhbəri

Bako Saakyan bu ölkədə hökumətin erməni üzvləri ilə görüşüb

Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Livan ermənilərindən pul dilənmək üçün bu ölkədə səfərdədir.  "Yeni Musavat"ın erməni mənbələrinə istinadlı xəbərlərinə əsasən, Beyrutda o, Dağlıq Qarabağ ermənilərinə yardım toplamaq üçün fəaliyyət göstərən “Artsax fond”da olub və müxtəlif proqramların maliyyələşdirilməsini müzakirə edib.

Saakyanın Livan ermənilərinin katolikosu, bu ölkənin hökumətində təmsil olunan erməni nazirlər və Livan parlamentinin erməni deputatları ilə görüşdüyü də xəbər verilir. Bildirilir ki, görüşlər zamanı Livandakı erməni diasporunun Dağlıq Qarabağa dəstəyinin artırılması barədə müzakirələr aparılıb. Livanda çoxsaylı erməni icması yaşayır və birinci Qarabağ müharibəsi zamanı bu ölkədən gətirilən erməni muzdluları erməni qüvvələrinin sıralarında döyüşüblər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!