Analitika və müsahibə » İrana hücum bütün regionda daha böyük gərginliyə gətirib çıxaracaq – ekspertlər

Ayətullah Xameneinin Birləşmiş Ştatların hərbi güc tətbiq edəcəyi halda, İranın cavab zərbəsi barədə bəyanatına ciddi yanaşmağa dəyər. Çünki son nəticədə, hərbi münaqişə regionda daha böyük gərginliyə gətirib çıxaracaq, - ekspertlər bu qənaətdədirlər.

"Əgər Vaşinqton Aralıq dənizinin şərq sahillərindən Pakistan-Hindistan sərhədinədək uzanan regionda daha böyük gərginliyə səbəb ola biləcək qəsdən təhlükəli münaqişə törətmək istəyirsə, ABŞ və ya İsrailin İrana zərbəsi bunu etmək üçün ideal üsuldur", - bu barədə Trend-ə ABŞ Kato Universitetinin müdafiə və xarici siyasətin öyrənilməsi şöbəsinin (Defense and Foreign Policy Studies, Cato Institute) vitse-prezidenti Ted Qalen Kaprenter (Ted Galen Carpenter) elektron poçtla bildirib.

Cərşənbə günü İranın ali dini lideri Əli Xamneyi Vaşinqtona İrana qarşı hərbi gücün tətbiqi ilə bağlı xəbərdarlıq edərək belə hədələri ağılsızlıq adlandırıb və əlavə edib ki, "Əgər bu baş verərsə, İran xalqı ilə qarşıdurma Yaxın Şərq regionunun sərhədlərindən çox uzaqlara yayılacaq".

Avqustun əvvəllərində ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri admiral Maykl Mullen deyib ki, Pentaqon Tehranın Qərblə qarşıdurmaları davam etdirəcəyi halda, İran məsələsinin güc yolu ilə həllinin mümkünlüyünə baxır.
Bununla yanaşı, son həftələrdə KİV-də və hərbi ekspertlərin bəyanatlarında Prezident Barak Obama administrasiyası, yaxud İsrail hökuməti, ya da bu və ya başqasının İrana hücuma hazırlaşa biləcəyini qətiyyətlə göstərən silsilə məlumatlar dərc olunur.

Karpenterin sözlərinə görə, Xamneyinin xəbərdarlığının boş hədə olduğunu hesab etmək düşüncəsizlik sayılardı.

"İran, yəqin ki, ABŞ və ya İsrail tərəfdən havadan zərbələrə qətiyyətlə reaksiya verəcək", - o deyib. Tehran öz müttəfiqləri üzərindəki nüfuzundan və ya İraqda, Əfqanıstanda, Livanda və digər ölkələrdəki etibarlı şəxslərdən istifadə edərək, Birləşmiş Ştatlar üçün Yaxın Şərqdə və Cənub-Qərbi Asiyadakı həyatı dözülməz edə bilər".

Bundan əlavə, Karpenter hesab edir ki, Amerika obyektlərinin dünyanın digər ölkələrinə, həmçinin, elə Birləşmiş Ştatların özünün hücumları tamamilə real perspektivdir.

Yanvar ayında ABŞ Fars körfəzi rayonunda raketdənmüdafiə bölmələrini gücləndirib. ABŞ Müdafiə Nazirliyində hesab edirlər ki, ballistik raketlərlə silahlanmadan ibarət olan və ABŞ-ın regiondakı hərbi obyektlərinin, həmçinin, Vaşinqtona müttəfiq olan dövlətlərin ərazilərinin müdafiəsi üçün nəzərdə tutulan bu tədbirə səbəb İran tərəfdən artmaqda olan təhlükədir.

ABŞ Fars körfəzi ölkələrində bir sıra hərbi bazalara malikdir. 1991-ci ildə region dövlətləri ABŞ hərbi bazalarının yaradılmasına razılıq veriblər. Həmin bazalar əvvəlcə müvəqqəti yaradılsa da, sonralar daimi bazalara çevrilib. ABŞ hərbi bazaları Küveytdə, Bəhreyndə, Səudiyyə Ərəbistanında, Qətərdə (ABŞ-ın dünyada ən iri "Əl-Üdeyd" məşhur hərbi dəniz bazası,',0), Omanda və Birləşmiş Ərəb Əmirliklərində (bütün bu ölkələrdə ABŞ milli silahlı qüvvələrin obyektlərini icarəyə götürüb) yerləşir.

İranlı ekspert İsmayıl Kocari də hesab edir ki, hətta ayrıca İran obyektinə ABŞ və İsrail tərəfdən hər hansı hücum baş verərsə, İran cavab zərbəsi endirəcək.

"Bütün dünya müsəlmanları bizim tərəfimizdən heç bir işarə olmadan dünya hegemonları ilə mübarizədə birləşəcəklər", - İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Kocari Tehrandan telefonla Trend-ə bildirib. - "ABŞ və İsrail rəhbərliyi bunu yaxşı bilirlər, ona görə də onlar İrana zərbə endirməyə qərar vermirlər".

Kocarinin sözlərinə görə, ABŞ və İsrail İrana təzyiq göstərmək üçün psixoloji müharibə aparırlar.

"ABŞ və İsrail öz məqsədlərinə çatmaq üçün daim belə qorxutma aksiyaları keçirirlər", - Kocari deyib. - "Lakin İran hakimiyyəti və xalqı belə psixoloji təsirlərlə dəfələrlə üzləşib, odur ki, İranın düşmənlərinin hansı sahədə və nə edə biləcəklərini dəqiq müəyyən edə bilir".


İsrailli ekspert Meir Litvak (Meir Litvak) hesab edir ki, iranlılar Amerika və ya İsrailin mümkün hücucmlarından narahatdırlar.

"O [İran], hərbi əməliyyatların arenasının genişlənəcəyi ilə hədələyərək, ABŞ və İsraili dayandırmağa çalışır", - Təl-Əviv Universiteti yanında Yaxın Şərqin və Afrikanın Öyrənilməsi Mərkəzinin professoru Litvak elektron poçt vasitəsilə Trend-ə bildirib.

Onun sözlərinə görə, İran kəşfiyyatı "Hizbullah" qruplaşması ilə birgə Amerikanın obyektlərinə hücum etmək üçün müxtəlif yerlərdə, o cümlədən, Fars körfəzində, hətta Cənubi Amerikada gizli şəbəkə yaratdıqları, demək olar, müəyyən edilib.

"İranlılar dəfələrlə dünyanın hər yerində ABŞ-a ciddi ziyan vuracaqları ilə hədələyiblər", - Litvak deyib. - "Onlar ABŞ-ın, arxasında İsrailin durduğunu hesab etdikləri mümkün hücumuna cavab olaraq, İsrailə də həmlə edəcəkləri ilə hədələyiblər".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!