Orta şərq » İranın Buşəhr atom elektrik stansiyası fəaliyyətə başlayıb

İranın Buşəhr atom elektrik stansiyası bu gün fəaliyyətə başlayıb.

APA-nın məlumatına görə, stansiyada istilikayırıcı qurğuların ilk enerji blokuna qoşulmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimə İranın vitse-prezidenti Əli Əkbər Salehi və “Rosatom”un rəhbəri Sergey Kiriyenko da qatılıb. İlin sonuna kimi Buşəhr AES-in layihə gücü həcmində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, Buşəhr AES-in tikintisinə ötən əsrin 70-ci illərində başlanılıb. 1995-ci ildə İran Rusiya ilə layihənin sona çatdırılması barədə müqavilə imzalayıb. O zaman stansiyanın tikintisinin 1999-cu ildə başa çatdırılması nəzərdə tutulsa da, bu müddət ən müxtəlif texniki və siyasi səbəblər 2010-cu ilə kimi uzanıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!