Analitika və müsahibə » Rusiya kimə öz gücünü nümayiş etdirir?
Rusiya Federasiyasının bayrağı

Rusiyanın Ermənistanda, Şimali Qafqazda, Abxaziya və Cənubi Osetiyada yerləşən hərbi hissələrində döyüş təlimləri başlayıb

Bəlli olduğu kimi, İrəvanda KTMT-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti öz işinə başlayıb. Ermənistan, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistanın dövlət başçılarının qatıldığı sammitdə təşkilata üzv Özbəkistanın prezidenti İslam Kərimov iştirak etməyib. Bu səbəbdən də Rusiya prezidenti Dmitri Medvedev deyib ki, sammitdə hər hansı sənədin qəbulu planlaşdırılmır. O, KTMT-nin baş katibinə tapşırıb ki, İrəvan danışıqları ilə bağlı İslam Kərimovu məlumatlandırsın.

"ANS PRESS"in məlumatına görə sammit öz işini sabah Göyçə gölü yaxınlığındakı “Arsnakar” kompleksində davam etdirəcək.

Maraqlıdır ki, KTMT sammitinin işə başladığı bir vaxtda Rusiyanın Ermənistanda, Şimali Qafqazda, Abxaziya və Cənubi Osetiyada yerləşən hərbi hissələrində eyni vaxtda döyüş təlimləri başlayıb. Təlimlərdə müxtəlif çaplı artilleriya sistemləri, o cümlədən “Qrad”, “Akasiya”, “Rapira” tank əleyhinə toplar, minaatanlar və D-30 qaubitsaları, reaktiv yayım atəş sistemlərindən istifadə olunur.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!