İran prezidenti Mahmud Əhmədinejad, atom bombalarıyla millətləri təhdid dövrünün tarixə qarışdığını, bu silaha sahib olanların da siyasi baxımdan geri qaldığını söyləyib
Əhmədinejad ölkədaxili səfəri zamanı baş çəkdiyi İsfahanda çıxış edərkən, İranın nüvə enerji fəaliyyətləri və ABŞ-ın əlaqələri düzəltmək istəyinə bağlı fikirlər söyləyib.
İranın nüvə enerji proqramının sülhə xidmət etdiyini vurğulayan Əhmədinejad, "İran xalqı, heç bir zaman atom bombası barədə fikirləşməyib. Bizə görə, atom bombasına sahib olanlar, siyasi baxımdan geri qalmışlardır. Çünki, təhdid dövrü artıq geridə qalıb. İranın nüvə enerji məsələsini də bitmiş qəbul edirik" deyə bildirib.
ABŞ prezidenti Barak Obamanın, İranla əlaqələri düzəltmə və müzakirələrə cəhdləri istiqamətindəki fikirlərini də qiymətləndirən Əhmədinejaddaha sonra bunları söyləyib: "İran xalqı, özünə uzadılacaq düzgünlük, ədalət və hörmət əlini isti bir şəkildə sıxacaq. Yetər ki, içi və xarici bir olsun və bu əməldə göstərilsin".
Əhmədinejad Obamaya xitab olaraq da, "Digər millətlərin necə yaşayacaqlarını müəyyənləşdirmək haqqınız yoxdur. Yalnız Amerika xalqı üçün edilməsi, ya da edilməməsi lazım olanları təyin edə bilərsiniz" deyə söyləyib.
"30 ildir Amerika hökumətlərinə həmişə döyüş fikirində olmayın, digər millətlərlə dialoq yolunu təcrübə edin və vəziyyətinizi dəyişdirin" xatırlatmasında olduqlarını qeyd edən prezident, "ABŞ-ın siyasətlərində köklü və həqiqi dəyişikliyə getməsini gözləyirik" deyib.
WWW.iSLAMINSESi.AZ