Azərbaycan və MDB » Türkiyə Prezidenti Qafqaz Müsəlmanları Idarəsinin sədri ilə görüşüb
Abdullah Gül

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 16-da onun üçün ayrılmış iqamətgahda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdür.

Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident Abdullah Gül və şeyxülislam Allahşükür Paşazadə  mübarək Ramazan ayı münasibətilə təbriklərini çatdırmışlar.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!