Azərbaycan və MDB » Abdulla Gül bu gün Azərbaycana gəlir
Abdulla Gül

Səfər zamanı regional və qlobal proseslər müzakirə olunacaq

Türkiyə prezidenti Abdulla Gül bu gün Azərbaycana rəsmi səfər edəcək. "ANSPRESS"in məlumatına görə  iki günlük səfər zamanı o, Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirəcək.

Onun baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə ilə də bir araya gələcəyi bildirilir. Görüşlərdə ikitərəfli aktual məsələlər, hər iki ölkəyə aidiyyəti olan regional və qlobal proseslər hərtərəfli müzakirə olunacaq.

Abdulla Gülü müşayiət edəcək nümayəndə heyətinə enerji və təbii ehtiyatlar naziri, Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının həmsədri Taner Yıldız və digər rəsmi şəxslər daxildir. İki gün Azərbaycanda olacaq Türkiyə prezidentinin Şəki rayonuna səfəri də nəzərdə tutulub.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!