Dünyada » Əlcəzairdə rüşvətin haram olmadığını iddia edən fitvalar yayılıb
Əlcəzair bayrağı

Əlcəzairdə naməlum şəxslər tərəfindən üzərində fitva yazılmış vərəqlər yayılıb.

Radikal Səudiyyə üləmaları tərəfindən imzalanmış fitvalarda müsəlmana vəzifəcə yüksəlmək üçün öz rəisinə rüşvət verməyin haram olmadığı bildirilir. "APA"nın xəbərinə görə  fitvaya əsasən əgər 2 müsəlman ölkəsinin sərhədindən islamın icazə verdiyi hər hansı məhsulu keçirmək lazımdırsa, gömrük və sərhəd xidmətlərinin əməkdaşlarına rüşvət vermək olar.

Eyni zamanda, fitvada müsəlmanın rüşvət almasının yolverilməz olduğu da vurğulanır.

Əlcəzairin təhlükəsizlik qüvvələri vərəqləri yayanları müəyyənləşdirmək üçün istintaqa başlayıblar.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!