Analitika və müsahibə » Ərəb ölkələri, çətin ki, İrana qarşı müharibə istəsinlər – ekspertlər

Ərəb ölkələrini İranın nüvə proqramını müxtəlif cür qiymətləndirmələrinə baxmayaraq, onlar əvvəlki kimi İrana zərbə endirilməsinin əleyhinədirlər. Çünki bu, Yaxın Şərqdə irimiqyaslı müharibəyə səbəb ola bilər, - ekspertlər belə hesab edirlər.

"Antiiran mövqe tutan dövlətlər də daxil olmaqla, ərəb ölkələrinin əksəriyyəti müharibə istəmir, çünki bu, bütün regiona aid olacaq", - İordaniyanın "Əl-Qüds" Siyasi Araşdırmalar Mərkəzinin direktoru Oraib əl-Rəntavi telefonla Trend-ə bildirib.

Onun sözlərinə görə, nə qədər ki imkan var, ərəb ölkələri İrana qarşı hücumun qarşısını ikinci dərəcəli üsullarla, məsələn, Qərb ölkələrinin tətbiq etdiyi İrana qarşı iqtisadi və diplomatik sanksiyalarla almağa çalışırlar.

Bu həftə Dəməşqdə Suriya Prezidenti Bəşər əl-Əsədlə danışıqlar aparan İran XİN rəhbəri Mənuçöhr Möttəki bu barədə xəbərdarlıq edərək deyib ki, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə hücumları bütün Yaxın Şərq ölkələrinin cəlb ediləcəyi müharibəyə gətirib çıxaracaq.

Onun sözlərinə görə, İran, Suriya və onların müttəfiqləri olan Livanın "Hizbullah" müxalifət partiyası İsrailin hədələrinə qarşı mübarizə aparmağın zəruriliyi ilə tamamilə razılaşırlar.

Dünən Amerikanın "The Atlantic" qəzetində dərc olunan məqalədə deyilir ki, İsrail ilin sonunadək ABŞ-ın razılığını almadan İrana hücum edə bilər.

Amerikalı analitik Ceffri Qoldberq Amerika, İsrail və ərəb siyasətçilərinin son bəyanatlarını təhlil edərək belə bir nəticəyə gəlib ki, əgər İran nüvə proqramının işlənməsini gələcəkdə də davam etdirərsə, "İsrailin dözüm dövrü dekabrda tükənir".

Bir sıra ərəb, eləcə də Fars körfəzi ölkələri İranın nüvə məntəqələrinin bombalanmasını gizlincə dəstəkləyir. İyulda "Washington Post" qəzeti BƏƏ-nin Birləşmiş Ştatlardakı səfiri Yusif əl-Otaybanın İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İrana hücum etməklə bağlı çağırışından sitat gətirib.

"Fars körfəzinin ərəb dövlətləri, hətta açıq şəkildə bəyan etməsələr belə, İranla qarşıdurmaların başlanması ideyasını qətiyyətlə dəstəkləyirlər", - Trend-in Ekspertlər Şurasının üzvü, analitik Teodor Karasik (Theodore Karasik) belə hesab edir.Onun sözlərinə görə, eyni zamanda, region ölkələrinin heç də hamısı bu mövqeyi dəstəkləmir.

"Misir və Türkiyə kimi ölkələr bu qarşıdurmadan ehtiyatlanırlar, çünki onun bütün regiona yayılacağını anlayırlar. Onlar kənarda qalmağa üstünlük verirlər", - Yaxın Şərq və Fars körfəzi Hərbi-Analitik İnstitutunun (INEGMA) araşdırma və inkişaf şöbəsinin direktoru Dubaydan Trend-ə bildirib.

Suriya XİN rəhbəri Valid Müəllim Livan-İsrail sərhədində vəziyyətin gərginləşməsi və fələstinlilərlə sülh danışıqlarının iflasa uğraması fonunda İsrailə xəbərdarlıq edib ki, əgər o, müharibəyə başlasa, orada bütün ərəb ölkələri və İran bunda iştirak edəcək.

İordaniyalı analitik əl-Rəntavi hesab edir ki, İranla müharibənin başlanması üzrə ərəb ölkələrinin, həmçinin, qərbyönümlü ərəb dövlətlərinin mövqeyi kimin - ABŞ-ın, yoxsa İsrailin zərbə endirəcəyindən asılı olacaq.

"Regionda ən böyük təhlükə İsrailin hücum etmə mümkünlüyüdür ki, bu da yeni toqquşmalara yol açacaq. Belə olan halda, ərəb ölkələri heç cür İrana qarşı mövqe tuta və İsrailin tərəfində dura bilməzlər", - əl-Rəntavi deyib.

Onun fikrincə, hərçənd, İrana qarşı müharibə ABŞ-ın razılığı ilə beynəlxalq koalisiya tərəfindən başlasa, o zaman qərbyönlü ərəb dövlətləri, hətta başqa qonşu ərəb ölkələrinin razılığı olmadan belə bu müharibəyə qoşulacaqlar.

Misirli politoloq və Trend-in Ekspert Şurasının üzvü Bəşir Əbdül Fəttah başqa bir mövqeni bölüşərək hesab edir ki, bütün ərəb dövlətləri bu gün İrana qarşı müharibənin aqibətindən və nəticələrindən ehtiyatlanırlar.

"İrana qarşı müharibənin, hətta ərəb dövlətlərini birləşdirməsi də mümkündür. Əgər zərbə endirilsə, bu, İranla qonşu ərəb ölkəsinin deyil, digər ölkənin ərazisindən baş verəcək", - Fəttah telefonla Trend-ə bildirib.

Onun fikrincə, ərəb ölkələri regionda İraq və Əfqanıstandan sonra sayca üçüncü olan müharibənin əleyhinədirlər, çünki onun nəticələri daha pis olacaq.

"İrana zərbə neft bazarında balansın kəskin pozulmasına və ərəb ölkələrinə nəhəng qaçqın axınına səbəb olacaq", - misirli analitik izah edib. - "Hətta İranla əməkdaşlıq etməyən ərəb ölkələri də bu müharibədən qorxurlar".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!