Azərbaycan və MDB » Göyçay məscidində nalayiq hərəkət etmiş şəxs axund deyil – Qafqaz Müsəlmanları İdarəsi

Göyçay məscidində nalayiq hərəkət etmiş Əsgər Babayev bu məscidin axundu deyil. Bu  barədə Qafqaz Müsəlmanları İdarəsinin məlumatında deyilir.

"Trend"in məlumatında deyilir ki, KİV-də guya Göyçay məscidinin axundu Əsgər Babayevin məsciddə qeyri-etik hərəkət etdiyi barədə məlumat yayılıb.

"Axund vəzifəsinə iddialı olan Babayev, QMİ-nin attestasiyasındn keçə bilməyib", - məlumatda qeyd olunur.

"Bu hal təsdiqini taparsa, hüquq-mühafizə orqanları tərəfindən lazımi ölçü götürülməsini vacib sayırıq", - məlumatda vurğulanır.

"Əvvəllər Babayev icma sədrliyinə öz namizədliyini irəli sürüb. Bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyri-məqbul sayılıb", - məlumatda deyilir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!