Orta şərq » Ayətullah Xameneinin dəftərxanasına görə Ramazan ayının avqustun 12-si başlanması daha güclü ehtimaldır
Ayətullah Seyid Əli Xamenei

"Ramazan ayının ilk günü böyük ehtimalla avqustun 12-si cümə axşamı günüdür"

"313news" "rasthaber" saytına istinadən xəbər verir ki, Ayətullah Seyid Əli Xameneinin ayı müşahidə bürosunun üzvü olan Höccətül-İslam Müvahhid Nejat belə deyib. O deyib ki, yeni ayın Çərşənbə axşamı günü (avqustun 10-u) görünməsi çox zəif və azdır. Bir çox mütəxəsislərin rəyinə görə ayın 10-u yeni ay görünməyəcək. Beləliklə, Şaban ayı 30-a çıxacaq və Ramazan ayı avqustun 12-si (cümə axşamı) başlayacaq.

Nümayəndənin sözlərinə görə tam təchiz olunmüş 120 rəsədxana heyəti Şaban ayının 29-undan etibarən müşahidələr başlayacaqdır. Əgər ay görünsə yeni ayın başlanğıcı deməkdir. Müvahhid Nejat bir çox ölkələrin Ramazan ayına İrandan əvvəl girməsi ilə bağlı narahatçılıqlara əsas olmadığını bildirib. O, qeyd edib ki, iranlılar əmin ola bilərlər ki, İranda bu məsələ çox diqqətlə aparılır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!