Yaxın şərq » "Türk kəşfiyyatının rəhbəri İrana yaxın şəxsdir"
İsrail rejiminin Müdafiə naziri Ehud Barak

İsrailin Müdafiə naziri Türkiyənin Milli Kəşfiyyat İdarəsinin yeni baş məsləhətçisinin təyinatına etiraz edib.

İslam-Azeri.az internet qəzetinin İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail rejiminin Müdafiə naziri Ehud Barak Türkiyə ilə bağlı bəzi narahatçılığını İsrailin "Qaley Çaxal"a (ordu radiosu) açıqlayıb.

Ehud Barak gəncliyini xatırlayaraq deyib: "Mən cavan əsgər ikən İranın Şah dövründə Tehrana getdim. İki həftə orada qaldım. Mənə çox xoş gəlmişdi. O zaman İran İsrailin ən yaxın dostu idi".

Hazırda İranın İsrailin ən böyük düşməni olduğuna işarə edən Barak Türkiyənin də bu yolla getdiyini önə çəkib.

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin yeni baş məsləhətçisi vəzifəsinə Hakan Fidanın təyin edilməsini sərt tənqid edən İsrail rejiminin Müdafiə naziri Ehud Barak deyib: "Bir zamanlar bölgədəki ən əhəmiyyətli strateji müttəfiqimiz olan Türkiyə, kəşfiyyat təşkilatının rəhbərliyinə İrana yaxın və müttəfiq olan bir adamı təyin etdi. Türkiyə kəşfiyyatı ilə birgə işlərimiz var. Türkiyənin bu işləri İrana ötürəcəyi istisna olmadığından bu məsələ də ciddi narahatlıq doğura bilməz".

Qeyd edək ki, Türkiyənin Milli Kəşfiyyat İdarəsinin yeni baş məsləhətçisi İslami camiəyə yaxın olan bir şəxs olduğundan İsrail onun bu vəzifəyə təyin edilməsinə etiraz edir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!