Yaxın şərq » "Hizbullah"dan Livan patriarxına cavab

“Hizbullah” bir müddət öncə Fransaya səfəri zamanı Müqaviməti təhqir edən Livan xristianları - maronitlərin patriarxı Nəsrullah Butros Sfeyrə cavab verib.

İslam-Azeri.az İnternet qəzetinin Livan KİV-inə istinadən verdiyi xəbərə görə, Butros Sfeyr Parisdə Fransa prezidenti Nikolya Sarkozi ilə görüşü zamanı “Hizbullah”dan söz açarkən “Hizbullah adlandırılan” ifadəsinə yol verib.

Təbii ki, belə təhqir qarşı tərəfin ciddi etirazına səbəb olub. Sfeyrin Fransa səfərindən dönərkən Beyrutun hava limanında “qondarma” sözünü təsadüfən işlətdiyini deməsinə rəğmən, “Hizbullah” məsələyə kəskin reaksiyasını ifadə edib.

“Hizbullah” hərəkatının maronitlərin patriarxına ünvanladığı etiraz məktubunda deyilir: “Biz Nəsrullah Butros Sfeyrin bu ifadəni işlətməsinə inanmırıq və əgər bu baş veribsə buna etiraz edirik. Siyasi baxımdan fərqli düşüncələrə malik olsaq da, biz şərəf və ləyaqət məsələsində sərhədlərə riayyət olunmasını istəyirik. Məgər maronit xristianlar və ya patriarxın özü razı olar ki, biz “Patriarx adlandırılan” ifadəsini işlədək?”.

İslam-Azeri.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!