Dünyada » TÜRKİYƏ-FƏLƏSTİN BİRGƏ KOMİTƏSİ YARADILACAQ

Türkiyə prezidenti Abdulla Gül Asiyada Əməkdaşlıq və Etimad Artırıcı Tədbirlər Konfransının üçüncü dövlət və hökumət başçıları sammiti çərçivəsində İstanbula gələn Fələstin dövlət başçısı Mahmud Abbasla görüşüb

Türkiyə prezidenti Abdulla Gül Asiyada Əməkdaşlıq və Etimad Artırıcı Tədbirlər Konfransının üçüncü dövlət və hökumət başçıları sammiti çərçivəsində İstanbula gələn Fələstin dövlət başçısı Mahmud Abbasla görüşüb. Çırağan Sarayında keçirilən görüşdə xarici işlər naziri Əhməd Davudoğlu və fələstinli yetkililər də iştirak ediblər. Görüş zamanı Türkiyə ilə Fələstin arasında birgə komitə yaradılmasına dair saziş imzalanıb. Saziş Türkiyə ilə Fələstin arasında siyasi və iqtisadi əlaqələr başda olmaqla təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı və qarşılıqlı sərmayənin artırılmasını nəzərdə tutur.
Birgə komitə ildə bir dəfə xarici işlər nazirləri səviyyəsində toplanacaq və atılacaq addımları müəyyənləşdirəcək. Lent.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!