![](/up/news/article/map/thumb_iraq_map_flag.jpg)
İraq Baş naziri Nuri Əl Malikinin “Hüquqi Dövlət İttifaqı”nın rəqib “Şiə İttifaqı” ilə razılaşma təmin etdiyi bildirildi İslam-Azeri.az İnternet Qəzetinin “Əl Ərəbiyyə”yə istinadən verdiyi xəbərə görə, Malikinin bloku ilə Milli İraq İttifaqı (INA)parlamentar birlik qurma mövzusunda razılaşıb.
Keçmiş baş nazir İbrahim Cəfərinin və INA-in mətbuat katibi Əbdülrəzzaq Əl Qəzami, Bağdadda təşkil etdikləri mətbuat konfransında razılaşmağı elan ediblər.
Qeyd edək ki, 7 Martdakı ümumi seçkilərdə 325 kürsülü məclisdə 89 mandat qazanan Malikinin parlamentar əksəriyyəti əldə edə bilməsi üçün daha 4 maandata ehtiyacı var. Seçkidə İyad Əllavinin bloku 91 millət vəkili, Şiə qruplarının meydana gətirdiyi INA isə 70 mandat əldə etmişdi. Seçkidə 43 kürsü qazanan Kürd İttifaqı isə iki blokun birləşəcəyi təqdirdə yeni ittifaqa qatıla biləcəyini bildirmişdi.