Yaxın şərq » Bağdadda gizli həbsxana

Beynəlxalq Hüquq Müdafiə Təşkilatı “Human Rights Watch” bəyan edib ki, Bağdadda gizli həbsxana mövcuddur və buranın dustaqları mütamadi olaraq işgəncələrə məruz qalırlar.

İslam-Azeri.az İnternet qəzetinin AP-yə istinadən verdiyi xəbərə görə, sözügedən həbsxanada məhbusları döyürlər, elektrik cərəyanı ilə işgəncə verirlər.

Təşkilatın rəsmi nümayəndəsi bildirib ki, gizli həbsxananın 40-a yaxın keçmiş dustağı bu məlumatı təsdiqləyib. Məhbusları həmçinin yalan ifadələrə imza atmağa məcbur ediblər.

İraq hökuməti gizli həbsxananın mövcudluğunu inkar edir.
İslam-Azeri.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!