Azərbaycan və MDB » Bu gün borclu abonentlərin işığı kəsiləcək
Saat 15:00-dən etibarən elektrik enerjisinin verilişi dayandırılacaq«Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti borclu abonentlərə xəbərdarlıq edib. Cəmiyyətin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, 1 aprel saat 15:00-dən etibarən borclu abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq. Cəmiyyət rəsmiləri bayram və istirahət günləri ərzində abonentlərə borclarını ödəmələri üçün möhlət verildiyini bildiriblər. Bu gün isə bu müddət başa çatıb./ANS PRESS/