Dünyada » Əl-Qaidənin Hizbullaha təhdidi saxta çıxdı

Bu barədə Hizbullah rəsmiləri açıqlama verib.

İslam-Azeri.az internet qəzetinin Livan mətbuatına istinadən verdiyi xəbərə görə bir müddət əvvəl Əl-Qaidə adından internet vasitəsilə yayılan Hizbullaha və İrana təhdid açıqlamalarının saxta olması ortaya çıxıb.

"Livanın səsi" radiosuna açıqlama verən Hizbullahın hökümətdəki nazirlərindən biri Muhəmməd Funeys dediklərinə görə, Hizbullahın və Livan kəşfiyyatının araşdırmaları zamanı məlum olub ki, bu Əl-Qaidə adına yayılan audio yazı əslində iqtidarda olan "14 mart" qrupu tərəfindən yayılıb.

"Bu hazırlanmış plan, əslində şiə və sünni vəhdətini pozmaq üçündür. Hal hazırda bu planın hazırlanmasını sifariş verən şəxsin axtarışı davam edir"deyən Funeys, bu şəxslərin "14 mart" qrupunda olmasına baxmayaraq Mossadla əməkdaşlığının da istisna edilmədiyini önə çəkib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!